Сообщения

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Изображение
Çox kiçik biznes sahibləri əsasəndə yeni başlayanlar çalışırlar hər manata qənaət etsinlər. Ona görədə sayt sahibi olmağı həddindən artıq bahalı əyləncə sayırlar və onsuzda biznesdən qazana biləcəklərini düşünürlər. Facebook-da bir səhifə açaraq düşünürlər ki bununla biznezləri irəli gedəcək. Amma həqiqət burasındadır ki peşəkar, funksional və yaraşıqlı saytsız biznesi ingişaf etdirmək çətin olur. Sizin saytınız sizin firmanın məhək daşıdır Sizin saytınız sizin vizit kartınızdır. Sizin müştəriniz oraya daxil olaraq sizin haqqında əsas məlumatları aldıqdan sonra qərara gəlir sizinlə işləmə dəyər yoxsa yox. Əgər siz kiçik biznes sahibisinizsə o zaman anlamalısınız ki sayt bahalı əyləncə deyil, bu əlçatan və hər şirkətin əldə etməli olacaq bir alətdir. Sizin sayt sizin marketinqin lövbəridir Vizit kart çap etmədən əvvəl və ya reklama 1 qəpik xərcləməzdən əvvəl siz öz saytınızı yaradaraq başlaya bilərsiniz. Sayt sizin reklamınızın lövsəsi kimi çıxış edəcək. İlk növbədə siz saytın

Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir

Изображение
Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilə robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında  buradan  oxuyun. Süni intellektə bu tip yanaşma tətqiqatşçıların müxtəlif çat-botların yaradılmasına başladılar. Hal-hazırda bu yöndə gedən işlər çıxılmaz bir vəziyyətdədir. Tətqiqatçıların qarşısında duran problem süni intellektin görüntülərlə əməliyyat apara bilməməsidir. Məsələn belə bir cümləni götürək “ Fil masanın altındadır ”. Biz burada olan yanlışlığı və deyilişin absurd olmasına baxamayaraq onun mənasını da başa düşürük. Əməliyyatları yalnız sözlərlə aparan heç bir intellekt bunu anlaya bilməz. Bu cümləni yalnız obrazlarla fikirləşən intellekt anlaya bilər. “Fil masanın altındadır” cümləsini eşitdikdə bizim beynimizdə dərhal bütün gördüyümüz fillərin obrazı canlanır və fillərin hətta onların balalarının belə böyük ölçüdə olduğunu bilirik. Adətən masalar isə kiçik olur. Filin və masanın ölçülərini

Niyə görə mən ayaqüstü iş rejiminə keçdim?

Изображение
Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər yoxdur. Ümumiyyətlə oturaq vəziyyət insan orqanizmi üçün təbii deyil. Təkamül boyunca insanlar heç vaxt stulda oturduqları pozada oturmayıblar. Ona görədə bu pozada çox oturmaq orqanizm üçün zərərlidir. Mənim bütün işlərim kompüterlə əlaqədar olduğundan günümün çox hissəsini noutbuk arxasında keçirirəm və əlbətdə ki bunun mənfi nəticəsini hiss etməyə başladım. Bel ağrıları məni narahat etməyə başladı. İşimin çox olması ilə əlaqədər belim ağrıya-ağrıya işləməyə davam edirdim.    Bel ağrılarından azad olmaq üçün məşqləri internetdə axtarıb tapdım amma problem orasındadır ki bu məşqləri uzanaraq etmək lazımdır idi. Əlbətdə ki  həmişə uzanmağa yer tapmaq mümkün olmur. Bel ağrılarından əziyyət çəkməmək üçün hər saatın 10-15 dəqiqəsini ayaq üstə gəzmək lazımdır.

Amerikan bank hesabı və plastik kartını onlayn neçə əldə etmək olar

Изображение
Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı çox aşağıdır. Paypal-ın Azərbaycana niyə görə heç vax gələməyəcəyi haqqında başqa bir postda danışacam. Bununla əlaqədar olaraqda əgər siz ingilis dilli internetdə biznes qurmaq və onlayn işləmək istəyirsnizsə o halda sizə ödəniş qəbul edə biləcəyiniz bir servis lazım olacaq.  Mən özümdə bu problemlə qarşılaşmışdım və uzun zaman bunun həllini tapmağa çalışırdım. Təsadüfən Payoneer servisini rast gəlməyənə qədər. Payoneer.com  ( bu link  ilə qeydiyyatdan keçin və 25 USD bonus qazanın ) hər qeydiyyatdan keçmiş istifadəçiyə First Century Bank-ında yaradılmış bank hesabı və əvvəlcədən ödənilmiş Master Card təqdim edir. Bu servis tamamı ilə pulsuzdur. Yalnız ATM ilə pul çıxardıqda komissiya tutulur. Verilmiş bank h

Affiliate marketinq nədir və onun üstünlüyü

Изображение
Affiliate ingilis dilindən tərcümədə “partnyor” deməkdir. Affiliate marketing zamanı məhsul və xidmətlər ənənəvi reklam vasitəsi ilə deyil, hər hansı bir şəxsin məsləhət və təklifi ilə aparılır. Bu üsul əsasən elektron kommersiyada istifadə olunur, çünki texniki cəhətdən onu reallaşdırmaq asandır. Affiliate marketinq necə işləyir? Elektron kommersiya ilə məşğul olan (istər məhsul satışı, xidmət satışı və s.) hər partnoruna unikal link verir. Partnorlar müxtəlif yollardan istifadə edərək partnyorun saytına trafik göndərirlər və onlar göndərdiyi trafikdən gəlir əldə edirlər. Müxtəlif yollar dedikdə əsasən email marketinqdən, kontent marketinqdən və ya direkt reklamdan istifadə edirlər. Əlbətdə direkt reklamdan istifadə etmək üçün gərək sizin partnyorunuzdan gələn gəlir reklama xərclənən məbləğdən çox olsun. Elektron kommersiyanın ingişaf etmiş ölkələrdə bu tip marketinqdən demək olar ki hamı istifadə edir. Bu kiçik şirkətlərdən tutmuş Google, Amazon, Ebay kimi əjdahalara qəd

Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.

Изображение
Son zamanlar taksi şirkətləri yağışdan sonra göbələklərin çıxma sürəti ilə çoxalmağa başlayıb. Taksi lazım olduqda bilmirsən hansı birinə zəng edəsən və hansı daha sərfəlidir. Həmçinin əgər sadəcə qiymət öyrənmək və sərfəlisini seçmək istəyirsənsə bu halda siz bir neçə nömrəyə zəng etməli olacaqsınız. Mobil cihazların imkanlarının günbəgün artmasına baxmayaraq yerli şirkətlərin demək olar ki heç birinin mobil tətbiqi yoxdur. Ola bilsin sadəcə olaraq investisiya etmək istəmirlər. Amerikan şirkəti UBER və Estoniya şirkəti olan TAXİFY birbaşa tətbiq (app) ilə işləyən şirkətlərdilər. Uber franşizası təxminən 1 ildən artıq, Taxify isə bir neçə aydır ki Azərbaycanda fəaliyyət göstərir. Hər iki şirkət mobil tətbiqlər vasitəsi ilə sürücü və sərnişinləri birləşdirir. Ödənişi iki yolla etmək mümkündür. Elektron (kart) və Nağd şəklində. Əvvəldən hər iki tətbiqə ödənişlər kart vasitəsi ilə edilməsi nəzərdə tutulmasına baxmayaraq bəzi ölkələrdə (məs. Azərbaycanda) məcburi olaraq nağd ödəniş