Affiliate marketinq nədir və onun üstünlüyü


Affiliate ingilis dilindən tərcümədə “partnyor” deməkdir. Affiliate marketing zamanı məhsul və xidmətlər ənənəvi reklam vasitəsi ilə deyil, hər hansı bir şəxsin məsləhət və təklifi ilə aparılır. Bu üsul əsasən elektron kommersiyada istifadə olunur, çünki texniki cəhətdən onu reallaşdırmaq asandır.

Affiliate marketinq necə işləyir?

Elektron kommersiya ilə məşğul olan (istər məhsul satışı, xidmət satışı və s.) hər partnoruna unikal link verir. Partnorlar müxtəlif yollardan istifadə edərək partnyorun saytına trafik göndərirlər və onlar göndərdiyi trafikdən gəlir əldə edirlər. Müxtəlif yollar dedikdə əsasən email marketinqdən, kontent marketinqdən və ya direkt reklamdan istifadə edirlər. Əlbətdə direkt reklamdan istifadə etmək üçün gərək sizin partnyorunuzdan gələn gəlir reklama xərclənən məbləğdən çox olsun.

Elektron kommersiyanın ingişaf etmiş ölkələrdə bu tip marketinqdən demək olar ki hamı istifadə edir. Bu kiçik şirkətlərdən tutmuş Google, Amazon, Ebay kimi əjdahalara qədər.

Affiliate marketinqin üstünlüyü nədir?

Affiliate marketinqdən istifadə ənənəvi marketinqdən niyə görə üstündür? Onun üstünlüyü ondadır ki əgər siz ənənəvi marketinqlə reklamdan istifadə edirsinizsə bu tip reklamın nəticəsi olmaya bilər. Amma affiliate marketinqdə siz nəticə almamış pul xərcləmirsiniz. Siz yalnız satış etdikdən sonra partnyorunuza ödəniş edirsiniz.

Ən-ənəvi reklamdan üstünlüyü ondadır ki adi reklam zamanı biz hamımız bunun reklam olduğunu bilirik və çalışırıq ondan qaçaq. Əlavə olaraq çoxlarımız AdBlock-dan istifadə edirik ki bu da reklamın hədəf olan auditoriyaya çatmasının qarşısı alır.

Müasir zamanda kiminsə hər hansı bir problemi yarandıqda və yaxud məsləhət lazım olduqda üz tutur internetə.
Məsələn: Siz mobil telefon almaq istəyirsiniz və onun haqqında məlumat axtaracaqsınız. Hər hansı bir bloqda istədiyiniz telefon haqqında çox ətraflı bir post tapacaksınız ki sizi bu tamami ilə qane edəcək. Əldbətdə  ki bu postun axırında sizə bu telefonu sərfəli qiymətlə hansı onlayn mağazada almaq mümkün olduğu haqqında məlumat və link tapacaqsınız. Təbii ki  bu halda siz həmin link-ə keçərək maraqlanacaqsınız. Hətta siz həmin zaman alış etməyib 1 həftə sonra alış etsəniz belə sizi sayta göndərənin referralı olacasınız.

Bu tip marketinqin üstünlüyü ondadır ki sizim məhsullar haqqında məlumat intenetdə yayılmağa başlayacaq. Affiliate marketinq dərhal nəticə vermir amma onun effekti uzunömürlü olur.

Affiliate marketinqi kimlər üçündür və affiliate proqramlarını haradan tapmaq olar

Yuxarıda dediyim kimi bu tip marketinqdən demək olar ki hamı istifadə edir. Bu proqrama qoşulanlar əsasən sayt sahibləri, blogerlər, podcasterlər və hətta saytı olmayıb amma sosial şəbəkələrdə aktiv olanlardır. Bir çox hallarda bu prosses çox asandır. Sadəcə olaraq qeydiyyatdan keçərək siz partnyor olursunuz.

Bəzi hallarda əgər məhsul spesifikdirsə bəzi firmalar blogerlərə test etmək və öz rəylərini bildirmək üçün öz məhsullarını göndərirlər. Məsələn Dildo-ları test edən bu qadın blogger kimi  (Maraqlı işi var 😃).

Affiliate proqramlarını şirkətlərin saytların və ya xüsusi partnyorluq platformalarında tapa bilərsiniz. Bunlar Arasında CJ.comShareasale.comFlexoffers.comAmazon.com Associates və s. göstərmək olar.

Azərbaycanda elektron kommersiyanın səviyyəsiniz çox aşağı olması ilə əlaqədar bu tip marketinq demək olar ki yoxdur. Əgər varsa belə mən görməmişəm. 
Ümid edirəmki elektron kommersiyanın ingişafı ilə Azərbaycanda da bu tip marketinq yayılmağa başlayacaq.

Комментарии

Популярные сообщения из этого блога

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir

Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.