Amerikan bank hesabı və plastik kartını onlayn neçə əldə etmək olar


Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı çox aşağıdır. Paypal-ın Azərbaycana niyə görə heç vax gələməyəcəyi haqqında başqa bir postda danışacam.

Bununla əlaqədar olaraqda əgər siz ingilis dilli internetdə biznes qurmaq və onlayn işləmək istəyirsnizsə o halda sizə ödəniş qəbul edə biləcəyiniz bir servis lazım olacaq. 

Mən özümdə bu problemlə qarşılaşmışdım və uzun zaman bunun həllini tapmağa çalışırdım. Təsadüfən Payoneer servisini rast gəlməyənə qədər.
Payoneer.com (bu link ilə qeydiyyatdan keçin və 25 USD bonus qazanın) hər qeydiyyatdan keçmiş istifadəçiyə First Century Bank-ında yaradılmış bank hesabı və əvvəlcədən ödənilmiş Master Card təqdim edir. Bu servis tamamı ilə pulsuzdur. Yalnız ATM ilə pul çıxardıqda komissiya tutulur.

Verilmiş bank hesabına siz yalnız American şirkətlərindən (Əgər hesab USD ilə açılıbsa) ödəniş qəbul edə bilərsiniz. Fiziki şəxslərdən ödəniş qəbul etmək mümkün deyil. Hesaba gəlmiş vasaitləri sizə verilən plastik kartlar dünyanın hər yerində yerli ATM ilə çıxara bilərsiniz.

Mən qeydiyyatdan keçəndən sonra mənə dərhal plastik kart göndərildi amma bu kart və ondan sonra göndərilən kart heç vaxt gəlib mənə çatmadı. 
Təbii ki bu yerli poçtun çox yüksək səviyyədə işləməsi nəticəsində baş verməsindən heç şübhə etmirəm. Sonunda məcbur olub DHL ilə göndərilməsini istədim. DHL ilə göndərilməsi üçün sizin Payoneer hesabında 40 USD balansınız olmalıdır.

Bir çox platformaların Payoneer ilə integrasiyası var. Məsələn ən böyük freelance platforması olan Upwork, Fiverrhttps://www.fiverr.com/s2/607589764e və s. 
Əgər onların inteqrasiyası yoxdursa amma bank ilə ödəniş qəbul edirlərsə o halda siz ödənişi bank hesabınıza qəbul edə bilərsiniz.

Payoneer qlobal ödəniş sistemidir amma əgər siz avropa şirkətlərindən ödəniş almaq istəsəniz o halda sizə yeni EUR və ya GBP hesabı yaradılması lazım olacaq. Hər valyuta ilə ola hesab üçün ayrılıqda plastik kart verilir. Digər valyutada hesab açmaq üçün siz Payoneer Support çatı ilə əlaqə saxlayıb hansı valyuta ilə hesab açmaq istədiyinizi bildirməlisiniz. Çata başlamazdan əvvəl profilinizdə olan gizli sual cavabları yada salın çünki sizdən tələb olunacaq.
Bu yaxınlarda EUR ilə açılması lazım idi və mən çata müraciət etdim. Hesab açdılar amma bildirdilər ki bank hesabı açmaq mümkün deyil (ölkəmizlə əlaqədar hər hansı bir qanuna görə). Yalnız plastik kart (Wirecard) məlumatları təqdim etdilər. Bu məlumatları istifadə edərək pul qəbul etmək mümkündür amma Bank küçürülmələri (Wire Transfer) aparmaq mümkün deyil. 

Payoneer ilə satış edib ödəniş qəbul etmək mümkün deyil. Yalnız ödəniş qəbul edib və göndərmək mümkündür.

Ödəniş qəbul etməyin bir neçə yolu var.
  1. Bank hesabının məlumatlarını istifadə edərək.
  2. Əgər inteqrasiyası olan onlayn platformalar ilə işləyirsinizsə o halda siz payoneer hesabınızı platformaya bağlaya bilərsiniz.
  3. Müştərilərinizə ödəniş tələbi göndərərək. Siz verilən formada olan məlumatları dolduraraq ödəniş olunacaq məbləği daxil edib müştərinizə göndərirsiniz. Müştəri sizin verdiyiniz link-ə keçərək ödənişi ödəyir.
  4. Siz öz Payoneer hesabınızdan digər bir istifadəçinin hesabına ödəniş göndərə bilərsiniz.
Bir sözlə Payoneer çox əla servisdir. Bu mənə qarşımda olan sərhədləri götürdü və internetdə öz biznesimi qurmağa imkan verdi.

Servis haqqında sualınız olarsa aşağıda şərh yazın.
Payoneer.com - bu link ilə qeydiyyatdan keçin və 25 USD bonus qazanın

Комментарии

  1. Salam, indi mən internet vasitəsi ilə payoneer hesabı aça bilərəm? Amazondan pul yollanılacaq. Pul yollandıqda neçə faiz komissiya tutulur və hansı atmdən çıxarda bilərəm pulu?

    ОтветитьУдалить
  2. Salam. Siz mənə email və ya wp nömrəsini versəniz, sizə bir neçə sual verərdim. Amma xaiş edirəm, aktiv hesablar olsun...Öz nömrəm: 051-742-90-00

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir

Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.