Niyə görə mən ayaqüstü iş rejiminə keçdim?


Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər yoxdur.
Ümumiyyətlə oturaq vəziyyət insan orqanizmi üçün təbii deyil. Təkamül boyunca insanlar heç vaxt stulda oturduqları pozada oturmayıblar. Ona görədə bu pozada çox oturmaq orqanizm üçün zərərlidir.

Mənim bütün işlərim kompüterlə əlaqədar olduğundan günümün çox hissəsini noutbuk arxasında keçirirəm və əlbətdə ki bunun mənfi nəticəsini hiss etməyə başladım. Bel ağrıları məni narahat etməyə başladı. İşimin çox olması ilə əlaqədər belim ağrıya-ağrıya işləməyə davam edirdim.

   Bel ağrılarından azad olmaq üçün məşqləri internetdə axtarıb tapdım amma problem orasındadır ki bu məşqləri uzanaraq etmək lazımdır idi. Əlbətdə ki  həmişə uzanmağa yer tapmaq mümkün olmur. Bel ağrılarından əziyyət çəkməmək üçün hər saatın 10-15 dəqiqəsini ayaq üstə gəzmək lazımdır. Lakin təəssüflər olsun bu çox vaxt mümkün olmur. Gah başın işə qarışır, gah işdən baş qaşımağa vaxt olmur və s. Hər halda bu problem məni narahat etməyə davam edirdi.

Bir az axtarış etdim və gördümki oturaq həyat tərzinində çox böyük problemlər yarana bilər. Bel ağrısından – ürək xəstəliklərinə qədər. 

Bu problemin həllini necə tapdım?

Mən bir podcast dinləyirəm EOFIRE. Çox maraqlı podcastdır. Gündəlik çıxan podcastda onlayn biznesmenlərlə müsahibələr olur. Əgər ingilis giliniz normaldırsa qulaq asmağı məsləhət görürəm. Mobil telefondan Stitcher və ITunes vasitəsi ilə dinləyə bilərsiniz. Bu podkasıntın aparıcısı John Lee Dumas sosial şəbəkələrdə videolar paylaşır. Videoların birində fikir verdim ki John ayaq üstə çalışır. Qəflətən ağlıma belə bir fikir gəldi bəlkə məndə ayaüstü işləməyə başlayım.
Bir az internetdə axtardım və gördüm ki bu tip işləyən insanların sayı gündən günə çoxalır. Ayaqüstə işləmək üçün altlıqlarında sayı çoxdur. Bir az axtardım və
ən birinci xoşuma gələn Yeni Zellandiyada 3 biznesmen tərəfindən hazırlanmış Elevate adlı altlıq oldu. Texniki detallarını Autocad proqramında cızaraq CNC frezdə kəsdirdim. Orijinal cizimlər olmasada demək olar ki normal bir versiya aldım. Amma bir az işlədəndən sonra gördüm ki bu versiya mənlik deyil.
Mən noutbuk və ona əlavə qoşulmuş daha böyük monitordan istifadə edirəm ona görədə bu altlıqdan istifadə etdikdə 2-ci monitora baxmaq rahat olmur. Buna görədə özümə digər bir variantı hazırlamağa qərara gəldim.  

Bu altlıq ideal oldu

Buda mən iş arxasında

Bu variant daha ergonomik və rahatdir. Monitor düz gözümün qarşısındadır və buda işləmətə daha rahat edir.
Internetdə bir çox variantlar var və çoxları çətin konstruksiyalı və bahadır. Bu variantlar 10 mm ağcaağac ağacından hazırlanır və heç bir qaplama yoxdur. Bu altlığa daha təbii görünüş və hiss verir. Heç bir alət olmadan bir neçə saniyə içində yığıla bilər.


Комментарии

Популярные сообщения из этого блога

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir

Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.