Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir



Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilə robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında buradan oxuyun.

Süni intellektə bu tip yanaşma tətqiqatşçıların müxtəlif çat-botların yaradılmasına başladılar. Hal-hazırda bu yöndə gedən işlər çıxılmaz bir vəziyyətdədir.

Tətqiqatçıların qarşısında duran problem süni intellektin görüntülərlə əməliyyat apara bilməməsidir. Məsələn belə bir cümləni götürək “Fil masanın altındadır”. Biz burada olan yanlışlığı və deyilişin absurd olmasına baxamayaraq onun mənasını da başa düşürük. Əməliyyatları yalnız sözlərlə aparan heç bir intellekt bunu anlaya bilməz. Bu cümləni yalnız obrazlarla fikirləşən intellekt anlaya bilər.

“Fil masanın altındadır” cümləsini eşitdikdə bizim beynimizdə dərhal bütün gördüyümüz fillərin obrazı canlanır və fillərin hətta onların balalarının belə böyük ölçüdə olduğunu bilirik. Adətən masalar isə kiçik olur. Filin və masanın ölçülərini müqayisə etdikdə bir xata baş verdiyini anlayırıq. Bu halda biz bir qəraya gəlməliyik ya masa çox böyükdür, yada fil oyuncaqdır.

Biz obrazlarla düşünürük.

Süni intellekt ilk növbədə danışığı deyil şəkillər üzərində əməliyyat aparmağa başlayacaq. Hər bir model üçün kompüterdə 3D model yaratmaq lazım olacaq. Fil kağız üzərində çəkilmiş rəsm deyil axı. Ona görədə biz onun 3d məkanda hər tərəfdən görməliyik.

Tək 3D model ilə işimiz bitmir. Süni intellekt üçün vaxt ilə hərəkət edən modellər lazım olacaq. Məsələn fil hansı sürət ilə hərəkət edir və ya xortumunu hansı sürətlə qaldırır və s.
Hər bir model alt modellərə bölünməlidir. Məsələn fil bölünür onun bədən hissələrinə - ayaq, xortum, quyruq və s. Digər bir məsələ budur ki xortum və quyruq digər canlılardada var. Məsələn bir çox həşəratlarda xortum var və bu vizual əlaqə kompüterin daxilində yaradılmalıdır.

Bütün bu modellər və parametrlər komputerə daxil edildikdən sonra onlar arasında əlaqə yaradılmalıdır ki süni intellekt hesablama apara bilsin. Bütün bu tələblər yerinə yetirildikdən sonra biz deyə bilərik ki süni intellekt insan intellektinə yaxınlaşır.

Amma bu da tam deyil. Bəzi məlumatları biz maşının daxilinə yerləşdirə bilmirik. Bu  bizim daxilimizdən gələn məlumatlardır. Bunlar hisslər, həyat haqqında subyektiv təcrübəmiz və s.

Maşın necə “Mənə soyuqdur” sözünü başa düşə bilər? Bunu başa düşmək üçün o ilk növbədə soyuğun nə olduğu hiss etməlidir. Öz təcrübəsinə əsaslanaraq öz sözləri ilə deməlidir. Onun isə öz təcrübəsi olmadığından bunu edə bilməyəcək.
Bir sözlə texnikanın ingişafının bu səviyyəsində insan intellektinə yaxın olan süni intellekti yaratmaq mümkün deyil. Amma bəşəriyyət hələ bu yolun başlanğıcındadır.

Комментарии

Популярные сообщения из этого блога

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.