Bolt (Taxify) 10 azn-lik pulsuz gediş kuponu və ya Uber və Bolt (Taxify) arasında fərq nədir.

Son zamanlar taksi şirkətləri yağışdan sonra göbələklərin çıxma sürəti ilə çoxalmağa başlayıb. Taksi lazım olduqda bilmirsən hansı birinə zəng edəsən və hansı daha sərfəlidir. Həmçinin əgər sadəcə qiymət öyrənmək və sərfəlisini seçmək istəyirsənsə bu halda siz bir neçə nömrəyə zəng etməli olacaqsınız.

Mobil cihazların imkanlarının günbəgün artmasına baxmayaraq yerli şirkətlərin demək olar ki heç birinin mobil tətbiqi yoxdur. Ola bilsin sadəcə olaraq investisiya etmək istəmirlər.

Amerikan şirkəti UBER və Estoniya şirkəti olan TAXİFY birbaşa tətbiq (app) ilə işləyən şirkətlərdilər. Uber franşizası təxminən 1 ildən artıq, Taxify isə bir neçə aydır ki Azərbaycanda fəaliyyət göstərir.
Hər iki şirkət mobil tətbiqlər vasitəsi ilə sürücü və sərnişinləri birləşdirir.

Ödənişi iki yolla etmək mümkündür. Elektron (kart) və Nağd şəklində. Əvvəldən hər iki tətbiqə ödənişlər kart vasitəsi ilə edilməsi nəzərdə tutulmasına baxmayaraq bəzi ölkələrdə (məs. Azərbaycanda) məcburi olaraq nağd ödəniş də əlavə edilib.

İstifadəsi çox rahatdır. Hər iki tətbiqdə sadəcə olaraq minəcəyiniz yeri və getmək istədiyiniz yeri xəritədə seçərək siz təxmini qiyməti öyrənə bilərsiniz.
Hər iki tətbiqi açdıqda ilk növbədə internet və GPS vasitəsi ilə sizin yeriniz təyin olunur. Siz hal-hazırda olduğunuz yerdən və yaxud xəritədə taksinin gələcəyi yeri təyin edə bilərsiniz.
Təyin etdikdən sonra SET PICKUP LOCATION (Minmə yerini təyin edin).

Siz yerinizi təyin etdikdən sonra gedəcəyiniz yeri sürücüyə bildirə bilərsiniz. Bu halda təyinat yerinə çatdıqda GPS vasitəsi ilə sürücünün cihazının yeri təyin olunacaq və qiymət veriləcək.

Əgər siz qiyməti əvvəlcədən bilmək istəyirsinizsə o halda ESTIMATE PRICE (qiyməti təyin edin.) seçərək təyinat yerini seçin. Sizə təxmini qiymət göstəriləcək. Yolda olan tıxac və digər faktorlardan asılı olaraq qiymət minimum və maksimum arasında dəyişəcək. Qiymət Econom və Premium avtomobil seçiminə görədə dəyişir.

REQUEST düyməsini sıxdıqdan sonra taksi bir neçə dəqiqə göstərdiyiniz yerə yaxınlaşacaq.

Hər iki tətbiqdən istifadə etdikdən sonra bildirə bilərəm ki mənim fikrimcə Taxify həm qiymətlərində həmdə tətbiqin işləməsində Uber-dən üstündür. Uber-in tətbiqi daha çox yüklənir və qiymətlər təxminən 20-40% arası bahadır.
Əlbətdə seçim sizindir.


Əgər Taxify-da yenisinizsə və 10 manatlıq pulsuz gediş əldə etmək istəyirsinizsə o halda aşağıdakı addımları edin.


Promo code: MURADG4H

Taxify app menyusuna daxil olub oradan Promotions daxil olun.


Promo kodu daxil edin və Apply düyməsini sıxın.
Aktivləşdirdikdən sonra sizin ilk gəzintiniz 10 manatı sizdən çıxılmayacaq. 
Sizə uğurlu gəzintilər.



Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

Kiçik biznes üçün saytın vacibliyini sübut edən 8 səbəb

Süni intellekt nədir və niyə görə süni intellekt insan intellektinə çata bilmir